578 nəfər Avropadan Azərbaycana readmissiya olundu ÖZƏL
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk 8 ayında Azərbaycana readmissiya edilənlərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsindən məlumat verilib.
Məlumata görə, 2026-cı ilin 8 ayı ərzində 578 şəxsin ölkəyə readmissiyası həyata keçirilib. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, 2025-ci ilin eyni dövrü - yanvar-avqust üzrə Azərbaycana readmissiya edilənlərin sayı 273 nəfər olub.
Builki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə artım deməkdir.
Qeyd edək ki, readmissiya bir dövlətin digər dövlətin ərazisində qanunsuz yaşayan, qalan və ya vətəndaşlıq şərtlərini pozan öz vətəndaşlarını (bəzi hallarda isə həmin ölkədən keçən üçüncü ölkə vətəndaşlarını) geri qəbul etmək öhdəliyidir.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















