Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəmil Həsənli bu günlərdə mənim “Qafqazinfo” saytında dərc olunmuş yazıma münasibət bildirib.
Münasibətindən aydın olur ki, yazdıqlarımı başa düşməyib və ya mənim hadisələrə baxışım onu qane etməyib, hərçənd bu məni heç maraqlandırmır.
Amma daimi oxucularımdan biri kimi Cəmil Həsənliyə təkrarən izah etmək də heç problem deyil.
Həmin yazımda “Ermənistanın AB-ə üzvlük prosesinə başlanması haqqında” Ermənistan hökümətinin qəbul etdiyi şou xarakterli qərara münasibət bildirmişəm və bu addımın atılmasını şərtləndirən ehtimal etdiyim səbəbləri göstərmişəm.
Cəmil Həsənli isə bu izahı “Azərbaycan hakimiyyətinin narahatçılığı” kimi başa düşüb və belə də qələmə verib.
Qlobal anti-Azərbaycan təbliğatının 5-ci kolonu rolunda çıxış edən Cəmil Həsənli məqaləsini ritorik sualla yekunlaşdırıb: “Yerevan Rusiyanın asılılığından qurtarmaq istəyir, öz gələcəyini dünyanın inkişaf etmiş siyasi coğrafiyası ilə bağlamaq istəyir.
Əgər Avropa İttifaqında Ermənistanı yalnız ölüm gözləyirsə, qoy bunun dərdini erməni xalqı çəksin.