Icma.az
close
up
RU
5ci kolon hələ də fəaliyyətdədir

5ci kolon hələ də fəaliyyətdədir

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmil Həsənli bu günlərdə mənim “Qafqazinfo” saytında dərc olunmuş yazıma münasibət bildirib. Münasibətindən aydın olur ki, yazdıqlarımı başa düşməyib və ya mənim hadisələrə baxışım onu qane etməyib, hərçənd bu məni heç maraqlandırmır. Amma daimi oxucularımdan biri kimi Cəmil Həsənliyə təkrarən izah etmək də heç problem deyil.

Həmin yazımda “Ermənistanın AB-ə üzvlük prosesinə başlanması haqqında” Ermənistan hökümətinin qəbul etdiyi şou xarakterli qərara münasibət bildirmişəm və bu addımın atılmasını şərtləndirən ehtimal etdiyim səbəbləri göstərmişəm. Cəmil Həsənli isə bu izahı “Azərbaycan hakimiyyətinin narahatçılığı” kimi başa düşüb və belə də qələmə verib.

Qlobal anti-Azərbaycan təbliğatının 5-ci kolonu rolunda çıxış edən Cəmil Həsənli məqaləsini ritorik sualla yekunlaşdırıb: “Yerevan Rusiyanın asılılığından qurtarmaq istəyir, öz gələcəyini dünyanın inkişaf etmiş siyasi coğrafiyası ilə bağlamaq istəyir. Əgər Avropa İttifaqında Ermənistanı yalnız ölüm gözləyirsə, qoy bunun dərdini erməni xalqı çəksin. Biz niyə onların əvəzinə narahat olur və Rusiya siyasətinin alətinə çevrilirik”.

Cəmil Həsənli anlamır ki, bölgəmizdəki mövcud reallıqlar və real zaman axarında baş verən hadisələr  bizim bu günümüz və gələcəyimizlə bilavasitə bağlıdır. Ona görə də bölgədə baş verən bütün hadisələr, qonşu ölkələrin siyasi hakimiyyətləri tərəfindən atılan bütün addımlar və siyasi gedişlər daim diqqət mərkəzində olmalıdır. Proseslərin mahiyyətini araşdırmaq, təhlil etmək və edilən gedişlərin məntiqini və verilən bəyanatların sətiraltı mənasını aşkarlamaq və müvafiq nəticələr çıxarmaq lazımdır. Burada fikir  və qavrayış müxtəlifliyinin olması da təbiidir. Bütün irəli sürülən mülahizələr sonda real mənzərəni daha aydın təsəvvür etməyə və nəticə etibarilə  dövlətin taktiki və strateji addımlarını müəyyənləşdirməyə imkan yaradır. Ona görə də belə araşdırmalar faydalıdır və burada söhbət kiminsə narahat olub-olmamasından yox, yerləşdiyimiz bölgənin siyasi taleyindən gedir.  

Özü daim alət rolunu oynamış Cəmil Həsənli Azərbaycanın guya Rusiyanın alətinə çevrildiyimizi iddia edir. Utanmadan öz dövlətinə böhtan atan “professor” anlamır ki, 1993-cü ildən etibarən Azərbaycan siyasəti kiməsə və nəyəsə alət olmaq missiyasından çox-çox yüksəklərdə olub. Əksinə, 1993-cü ildən etibarən Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, işğal edilmiş torpaqların geri qaytarılmasında, Azərbaycanın bölgədə söz sahibinə çevrilməsində məhz Rusiya bizim alətimiz olub. Bunu öz Vətənini öz canı qədər sevən, həyatını öz xalqına həsr edən oğullar ediblər. Cəmil Həsənli kimi manqurtların saysız-hesabsız xəyanətlərinə rəğmən ediblər.

İndiki şəraitdə Cəmil Həsənli kimilərinin bu rposeslərə hər hansı şəkildə təsir etmək imkanı olmasa da onlar hələ də Qərbin kvazi-demokrat qurumlarından aldıqları təlimatlara görə cəmiyyətdə anti-Rusiya meyllərinin güclənməsinə xidmət edən tapşırığı yerinə yetirirlər. Bizi isə bölgəmizdə baş verən proseslərin real təsirinin nədən ibarət ola biləcəyi və nəticə etibarilə  öz xalqımızın siyasi gələcəyi maraqlandırır.

İlk növbədə ona görə ki, müasir Ermənistan bizim tarixi torpaqlarımızdır və biz öz tarixi yurd yerlərimizə qayıtmağı yaxın siyasi məqsədlərimizdən biri hesab edirik. Ona görə də əlbəttə Gürcüstanda və Ermənistanda baş verən hər bir hadisə bizi narahat edir və etməlidir, xüsusilə Ermənistanda baş verənlər. Cəmil Həsənli isə bütövlükdə Cənubi Qafqazın Qərb tərəfindən işğalını təşviq edən və onu mütərəqqi proses kimi cəmiyyətə aşılamağa cəhd göstərən bir xəyanəkardır. Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyəti dövründə Rusiya bolşevizmini təşviq edən və sonda ilk müstəqil respublikamızı əl-qolu bağlı vəziyyətdə Rusiya bolşeviklərinə təhvil verən Çingiz İldırımların, Heydər Qarayevlərin bu günkü törəməsidir. Onun və məsləkdaşlarının bu gün Azərbaycanı nə Avropa Birliyinə, nə də hər hansı üçüncü güc mərkəzinə təslim etmək imkanları yoxdur. Amma uzaqdan uzağa da olsa Gürcüstanda və Ermənistanda baş verənlərə fikir bildirməklə özlərinin xəyanət missiyalarını yerinə yetirməkdə davam edirlər.

Uzun müddət sovet idarəçilik sisteminə difirambalar söyləyən, Azərbaycan xalqının sovet totalitarizminə qarşı mübarizəyə qalxdığı bir dövrdə (1988) 1May Bayramına kitab həsr edən, qəzet məqaləsi ilə dissertasiya müdafiə edən, müstəqil dövlətin parlamentində oturduğu illərdə “dövlətçi” maskası ilə pərdələnən, ifşa olunduqda isə özünü “müxalifət” adlandıran Cəmil Həsənli bu gün Rusiya əleyhinə açıq çıxışlar etməklə özünə “milli don” geyindirməyə cəhd göstərir. Adını “milli” qoyub əslində anti-milli fəaliyyət aparan Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şuranın məramı çoxdan ifşa olunub. Dondan dona girən, 2-3 min ABŞ dollarına xaricdə Azərbaycan əleyhinə məqalələr hazırlayan  və özünü “tarix elmləri doktoru” adlandıran Cəmil Həsənli anlamır ki, onun siyasət kitabı bağlanıb və onun  “xəyanət kitabını” da artıq oxuyan yoxdur və bir daha olmayacaq. Amma o hələ də vaxtaşırı  özünün miskin mövcudluğunu hiss etdirməkdən usanmır.

Cavanşir Feyziyev, millət vəkili

14 yanvar 2024-cü il

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri