6 illik sindrom ay eyni, stadion fərqli

23.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Misli Premyer Liqasının IX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matça saat 19:00-da start veriləcək.

Futbolpress.az-ın məlumatına görə, komandalar arasında baş tutan son 22 oyunda “Zirə” məğlub olmayıb. “Qartallar” bu görüşlərdə 7 heç-heçə edib, 15 dəfə qələbə qazanıb.

“Sumqayıt”ın qəsəbə təmsilçisi üzərində sonuncu qalibiyyəti 2020-ci ilin oktyabrına təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi Sumqayıtda üstün olub.  “Kimyaçılar” bu matçda 2:1 hesablı qələbəyə sevinib. Bundan sonrakı 22 oyundan isə “Zirə” məğlubiyyətsiz ayrılıb.

Rəşad Sadıqovun yetirmələri “Sumqayıt”la son beş matçda qələbə qazanıb. “Qartallar” bu qarşılaşmalarda 12 qol vurub, 4-nü buraxıb.

Bugünkü görüşə iki komanda da itkilərlə çıxacaq. “Zirə”də Vierinya, Lui Bayere, Ktatu, İsmayıl İbrahimli, “Sumqayıt”da isə Rüstəm Əhmədzadə, Jean Oliveyra və Səbuhi Abdullazadə zədə səbəbindən matçı buraxacaq.

“Zirə” Misli Premyer Liqasında son beş oyunda qələbə qazana bilməyib. Sadıqovun komandası 2 dəfə uduzub, 3 dəfə heç-heçə edib. “Sumqayıt” isə yaxşı formadadır. Filipe Kandidonun yetirəmələri ardıcıl iki turdur, qələbə qazanır.

18.10.2020 Sumqayıt – Zirə (Bakı) 2:1 20.12.2020 Zirə (Bakı) – Sumqayıt 2:2 03.03.2021 Sumqayıt – Zirə (Bakı) 0:0 25.04.2021 Zirə (Bakı) – Sumqayıt 0:0 01.10.2021 Zirə (Bakı) – Sumqayıt 1:0 28.11.2021 Sumqayıt – Zirə (Bakı) 0:3 05.03.2022 Zirə (Bakı) – Sumqayıt 1:0 24.04.2022 Sumqayıt – Zirə (Bakı) 0:1 21.08.2022 Zirə (Bakı) – Sumqayıt 0:0 22.10.2022 Sumqayıt – Zirə (Bakı) 0:2 25.01.2023 Zirə (Bakı) – Sumqayıt 3:1 27.05.2023 Sumqayıt – Zirə (Bakı) 0:3 15.09.2023 Zirə (Bakı) – Sumqayıt 1:0 26.11.2023 Sumqayıt – Zirə (Bakı) 0:0 13.02.2024 Zirə (Bakı) – Sumqayıt 0:0 12.04.2024 Sumqayıt – Zirə (Bakı) 0:0 22.09.2024 Sumqayıt – Zirə (Bakı) 0:2 30.11.2024 Zirə (Bakı) – Sumqayıt 4:1 15.02.2025 Sumqayıt – Zirə (Bakı) 0:3 20.04.2025 Zirə (Bakı) – Sumqayıt 3:1 25.10.2025 Zirə (Bakı) – Sumqayıt 1:0 08.02.2026 Sumqayıt – Zirə (Bakı) 2:3 17.05.2026 Zirə (Bakı) – Sumqayıt 2:1
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью