6 illik sindrom ay eyni, stadion fərqli
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Zirə” Misli Premyer Liqasının IX turunda bu gün “Sumqayıt”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matça saat 19:00-da start veriləcək.
Futbolpress.az-ın məlumatına görə, komandalar arasında baş tutan son 22 oyunda “Zirə” məğlub olmayıb. “Qartallar” bu görüşlərdə 7 heç-heçə edib, 15 dəfə qələbə qazanıb.
“Sumqayıt”ın qəsəbə təmsilçisi üzərində sonuncu qalibiyyəti 2020-ci ilin oktyabrına təsadüf edib. “Gənclik şəhəri” təmsilçisi Sumqayıtda üstün olub. “Kimyaçılar” bu matçda 2:1 hesablı qələbəyə sevinib. Bundan sonrakı 22 oyundan isə “Zirə” məğlubiyyətsiz ayrılıb.
Rəşad Sadıqovun yetirmələri “Sumqayıt”la son beş matçda qələbə qazanıb. “Qartallar” bu qarşılaşmalarda 12 qol vurub, 4-nü buraxıb.
Bugünkü görüşə iki komanda da itkilərlə çıxacaq. “Zirə”də Vierinya, Lui Bayere, Ktatu, İsmayıl İbrahimli, “Sumqayıt”da isə Rüstəm Əhmədzadə, Jean Oliveyra və Səbuhi Abdullazadə zədə səbəbindən matçı buraxacaq.
“Zirə” Misli Premyer Liqasında son beş oyunda qələbə qazana bilməyib. Sadıqovun komandası 2 dəfə uduzub, 3 dəfə heç-heçə edib. “Sumqayıt” isə yaxşı formadadır. Filipe Kandidonun yetirəmələri ardıcıl iki turdur, qələbə qazanır.
Baxış sayı:70
Bu xəbər 23 Oktyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















