Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Yollarda təhlükəsizlik və hərəkət rahatlığı hər zaman vacibdir.
Lakin bəzi hallarda insanlar özbaşına hərəkət yollarını məhdudlaşdıraraq, məsələn, yola daş qoyub bağlayaraq həm sakinlərin, həm də nəqliyyatın normal hərəkətinə mane olurlar.
Belə hallar həm qanunsuzdur, həm də təhlükə yarada bilər.Bəs, qanunlara əsasən, yol hərəkətini məhdudlaşdıran şəxslərə hansı məsuliyyətlər tətbiq olunur?Məsələ ilə bağlı Demokrat.az-a danışan vəkil Emil Aslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı verilmiş qərarlara və göstərişlərə riayət etmək vacibdir.Onun sözlərinə görə, əgər bu göstərişlər pozularsa, yaxud kimsə özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək cəhdində olarsa, müəyyən edilmiş qaydada cərimə tətbiq olunur.Emil Aslanov qeyd edib ki, cərimələr pozucunun statusundan asılıdır: "Fiziki şəxslər 40–50 manat, vəzifəli şəxslər 250–300 manat, hüquqi şəxslər isə 500–600 manat arası cərimə ödəməlidirlər.
Bu maddənin məqsədi yol hərəkətinin təhlükəsizliyini təmin etmək və qanunsuz müdaxilələrin qarşısını almaqdır".Qeyd edək ki, yol hərəkətini özbaşına məhdudlaşdırmaq qanunsuzdur və həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslər üçün cərimə nəzərdə tutulur.Əfsanə Kamal Demokrat.az @davud9977 ♬ original sound - ?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.