600 manat cəriməsi var: Yola daş qoyanlar cəzalandırılacaq AÇIQLAMA ( VİDEO )
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yollarda təhlükəsizlik və hərəkət rahatlığı hər zaman vacibdir. Lakin bəzi hallarda insanlar özbaşına hərəkət yollarını məhdudlaşdıraraq, məsələn, yola daş qoyub bağlayaraq həm sakinlərin, həm də nəqliyyatın normal hərəkətinə mane olurlar. Belə hallar həm qanunsuzdur, həm də təhlükə yarada bilər.
Bəs, qanunlara əsasən, yol hərəkətini məhdudlaşdıran şəxslərə hansı məsuliyyətlər tətbiq olunur?
Məsələ ilə bağlı Demokrat.az-a danışan vəkil Emil Aslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi ilə bağlı verilmiş qərarlara və göstərişlərə riayət etmək vacibdir.
Onun sözlərinə görə, əgər bu göstərişlər pozularsa, yaxud kimsə özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək cəhdində olarsa, müəyyən edilmiş qaydada cərimə tətbiq olunur.
Emil Aslanov qeyd edib ki, cərimələr pozucunun statusundan asılıdır:
"Fiziki şəxslər 40–50 manat, vəzifəli şəxslər 250–300 manat, hüquqi şəxslər isə 500–600 manat arası cərimə ödəməlidirlər. Bu maddənin məqsədi yol hərəkətinin təhlükəsizliyini təmin etmək və qanunsuz müdaxilələrin qarşısını almaqdır".
Qeyd edək ki, yol hərəkətini özbaşına məhdudlaşdırmaq qanunsuzdur və həm fiziki, həm vəzifəli, həm də hüquqi şəxslər üçün cərimə nəzərdə tutulur.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

@davud9977 ♬ original sound - ?
Bu mövzuda digər xəbərlər:Bu şəxslərə 1 600 manat ödəniləcək? AÇIQLAMA
13 May 2025 09:43
Lombarda qızıl qoyanlar DİQQƏT: Yoxlamalısınız AÇIQLAMA
10 Aprel 2025 08:16
Vergi ödəməyən blogerlər cəzalandırılacaq? AÇIQLAMA
05 Mart 2025 16:14
Azərbaycanda avtopilotda maşın sürmək qadağandır Cəriməsi var AÇIQLAMA
15 Aprel 2025 15:49
Maşının yarısını yola çıxarıb yol verən sürücülərin diqqətinə: Cəriməsi var VİDEO
17 Sentyabr 2025 21:19
Baxış sayı:52
Bu xəbər 20 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları