6G Azərbaycana nə zaman gələcək? | Icma.az
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə növbəti nəsil rabitə sistemləri – xüsusilə d
Telekommunikasiya sahəsində baş verən dəyişikliklər Azərbaycanın da bu prosesdən kənarda qalmadığını göstərir.
Hazırda ölkədə 5G şəbəkəsinin tətbiqi istiqamətində işlər davam edir, lakin mütəxəssislər artıq 6G texnologiyasına hazırlıq mərhələsinin vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı BAKU.WS-ə danışan texnologiya eksperti Elvin Abbasov bildirib ki, Azərbaycanda 6G texnologiyasının tətbiqi perspektivinə baxdıqda, demək olar ki, ölkənin mövcud telekommunikasiya infrastrukturu son illərdə ciddi modernləşmə mərhələsindən keçir.
"Onlayn Azərbaycan" layihəsi, genişzolaqlı fiber-optik şəbəkənin regionlara qədər genişləndirilməsi, həmçinin 5G sınaqlarının başlanması 6G-nin gələcək tətbiqi üçün mühüm baza yaradır.
Ekspert qeyd edib ki, 6G texnologiyası 5G-dən tam fərqli səviyyədədir və həm texnoloji, həm də ekosistem baxımından yeni tələblər irəli sürür.
Burada terahers tezlik diapazonlarının istifadəsi, süni intellektlə idarə olunan şəbəkə arxitekturaları və kvant rabitəsi kimi yeni elementlərdən söhbət gedir.
Buna görə də 6G-yə keçid üçün mövcud infrastrukturun yalnız yenilənməsi deyil, həm də tam yeni nəsil şəbəkə topologiyasının qurulması tələb olunacaq.
Tam oxu
Xəbəri oxu