Icma.az
close
up
RU
6G Azərbaycana nə zaman gələcək?

6G Azərbaycana nə zaman gələcək?

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə növbəti nəsil rabitə sistemləri – xüsusilə də 6G texnologiyası – artıq qlobal miqyasda müzakirə mövzusuna çevrilib. Telekommunikasiya sahəsində baş verən dəyişikliklər Azərbaycanın da bu prosesdən kənarda qalmadığını göstərir. Hazırda ölkədə 5G şəbəkəsinin tətbiqi istiqamətində işlər davam edir, lakin mütəxəssislər artıq 6G texnologiyasına hazırlıq mərhələsinin vacibliyini vurğulayırlar.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan texnologiya eksperti Elvin Abbasov bildirib ki, Azərbaycanda 6G texnologiyasının tətbiqi perspektivinə baxdıqda, demək olar ki, ölkənin mövcud telekommunikasiya infrastrukturu son illərdə ciddi modernləşmə mərhələsindən keçir. "Onlayn Azərbaycan" layihəsi, genişzolaqlı fiber-optik şəbəkənin regionlara qədər genişləndirilməsi, həmçinin 5G sınaqlarının başlanması 6G-nin gələcək tətbiqi üçün mühüm baza yaradır.

Ekspert qeyd edib ki, 6G texnologiyası 5G-dən tam fərqli səviyyədədir və həm texnoloji, həm də ekosistem baxımından yeni tələblər irəli sürür. Burada terahers tezlik diapazonlarının istifadəsi, süni intellektlə idarə olunan şəbəkə arxitekturaları və kvant rabitəsi kimi yeni elementlərdən söhbət gedir. Buna görə də 6G-yə keçid üçün mövcud infrastrukturun yalnız yenilənməsi deyil, həm də tam yeni nəsil şəbəkə topologiyasının qurulması tələb olunacaq.

Onun sözlərinə görə, 6G-nin tam tətbiqi üçün yerli tədqiqat institutları və universitetlərin elmi potensialının gücləndirilməsi vacibdir, çünki bu texnologiya yalnız rabitə sistemi deyil, həm də milli innovasiya siyasətinin bir hissəsi olacaq. Qlobal təcrübəyə əsasən, 6G-nin kommersiya istifadəsi 2030-cu ildən sonra gözlənilir.

Azərbaycan isə hazırda 5G-nin tam tətbiqinə yönəlib və paralel şəkildə 6G üçün ilkin elmi-tədqiqat mərhələlərinə start vermək üçün əlverişli şərait formalaşdırır.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri