News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir.
Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi rəsmi olaraq açıqlanmayıb.Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir.
Ancaq Şuranın hələlik iclası keçirilməyib.Modern.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin - tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir.
Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.Təhsil İnstitundan sorğumuza cavab olaraq bildirilib ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.Bəzi ekspertlər sertifikasiya imtahanlarının çətinləşdiriləcəyini düşünür.
Mövzu ilə bağlı saytımıza danışan elm və təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, sertifikasiya imtahanları nə qədər çətin olsa o qədər yaxşıdır:“Çətin demək bəlkə də doğru olmaz, amma əvvəlki imtahanlar səviyyəsində hətta bir az çətin olması yaxşı olardı.
Çünki sertifikasiya imtahanı təhsil sistemimizdə olan vəziyyəti üzə çıxardı.
Biz cəmiyyət olaraq təhsilin inkişafını düşünürüksə, biz sertifikasiyanı ayaqda alqışlamalıyıq.