Icma.az
close
up
RU
7 fənnin müəllimlərinin sertifikasiyası GÖZLƏNİLİR

7 fənnin müəllimlərinin sertifikasiyası GÖZLƏNİLİR

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi rəsmi olaraq açıqlanmayıb.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib.

Modern.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.

Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.

Təhsil İnstitundan sorğumuza cavab olaraq bildirilib ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.

Bəzi ekspertlər sertifikasiya imtahanlarının çətinləşdiriləcəyini düşünür. Mövzu ilə bağlı saytımıza danışan elm və təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, sertifikasiya imtahanları nə qədər çətin olsa o qədər yaxşıdır:

“Çətin demək bəlkə də doğru olmaz, amma əvvəlki imtahanlar səviyyəsində hətta bir az çətin olması yaxşı olardı. Çünki sertifikasiya imtahanı təhsil sistemimizdə olan vəziyyəti üzə çıxardı. Biz cəmiyyət olaraq təhsilin inkişafını düşünürüksə, biz sertifikasiyanı ayaqda alqışlamalıyıq. Bu imtahanlar bizim təhsilverənlərimizin tənbəlliyini ortaya çıxardır”.

Ekspertin sözlərinə görə, ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinə görə, 17 minə yaxın müəllim mənfi nəticə əldə etdi:

“Ondan sonra bir il əlavə müddət verildi. Sonra həmin müəllimin yarısı yenə eyni şəkildə kəsildi. Bu o deməkdir ki, məktəblərimizdə təhsilverənlərin əksəriyyəti öz ixtisasını bilmir, bəziləri də öz ixtisası üzrə işləmir. Xüsusilə də ibtidai sinif müəllimləri fərqli ixtisaslardan gələnlərdir. Kitabxanaçılığı, laborant olub ali təhsili olmayan məktəbdə ibtidai sinif müəllimi kimi işləyənlər var idi. Buna görə də bəzi müəllimlər ələkdən keçirilməli idi. 2026-cı ildə sertifikasiyanın yekunlaşması planlaşdırılır. Bundan sonra bəzi layihələr ortaya çıxacaq. Məsələn ümumtəhsil məktəblərində yuxarı siniflərdə təhsil sisteminin dəyişilməsi baş verə bilər. Sertifikasiya imtahanında yaxşı nəticə göstərən müəllimləri yuxarı sinif şagirdlərinin tədris prosesinə cəlb etmək ön planda durmalıdır”.

Qeyd edək ki, Emin Əmrullayev ötən il parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, 2025-ci ildə 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri