7 illik vergi güzəşti bitir Yanvarın 1 dən maaşlar azalacaq? Açıqlama | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq.
Belə ki, 7 illik gəlir vergisi güzəşti gələn ildən etibarən ləğv olunur.
Bu qərar özəl sektorda çalışan minlərlə vətəndaşın əməkhaqqısına birbaşa təsir göstərəcək.
İqtisadçılar hesab edirlər ki, bu addım həm büdcə gəlirlərini artıracaq, həm də qeyri-neft sektorunda şəffaf əmək münasibətlərini stimullaşdıracaq.
Lakin eyni zamanda əməkhaqqının azalması və işəgötürənlərin yükünün artması kimi risklər də gündəmdədir.
Vergi güzəştinin ləğvi özəl sektorda qiymətlərə hansı istiqamətlərdə təsir göstərə bilər? Hansı sahələrdə qiymət artımı daha çox gözlənilir?
Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, 7 ildən sonra 8000 manata qədər əməkhaqqı alanlara növbəti ildən etibarən 14 faiz gəlir vergisinin hesablanması bir sıra problemlərin və xərclərin artmasına səbəb olacaq: “Nəzərə almaq lazımdır ki, əksər şirkətlər əməkhaqqını xalis məbləğlə hesablayırlar.
Tam oxu
Xəbəri oxu