Icma.az
close
up
RU
7 illik vergi güzəşti bitir Yanvarın 1 dən maaşlar azalacaq? Açıqlama

7 illik vergi güzəşti bitir Yanvarın 1 dən maaşlar azalacaq? Açıqlama

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq. Belə ki, 7 illik gəlir vergisi güzəşti gələn ildən etibarən ləğv olunur. Bu qərar özəl sektorda çalışan minlərlə vətəndaşın əməkhaqqısına birbaşa təsir göstərəcək. İqtisadçılar hesab edirlər ki, bu addım həm büdcə gəlirlərini artıracaq, həm də qeyri-neft sektorunda şəffaf əmək münasibətlərini stimullaşdıracaq. Lakin eyni zamanda əməkhaqqının azalması və işəgötürənlərin yükünün artması kimi risklər də gündəmdədir. 

Vergi güzəştinin ləğvi özəl sektorda qiymətlərə hansı istiqamətlərdə təsir göstərə bilər? Hansı sahələrdə qiymət artımı daha çox gözlənilir?

Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, 7 ildən sonra 8000 manata qədər əməkhaqqı alanlara növbəti ildən etibarən 14 faiz gəlir vergisinin hesablanması bir sıra problemlərin və xərclərin artmasına səbəb olacaq:

“Nəzərə almaq lazımdır ki, əksər şirkətlər əməkhaqqını xalis məbləğlə hesablayırlar. Bu zaman verginin tətbiq olunacağı təqdirdə ya əməkhaqlarını azaltmaq məcburiyyətində qalacaqlar, ya da şirkətlər yaranan yeni xərcləri kompensasiya etmək üçün müvafiq olaraq qiymətləri artıracaqlar. Təbii olaraq, vergi yükü artdıqda nəticə etibarilə əmək xərcləri artır, istehsal və eyni zamanda xidmət qiymətlərinə də təsir göstərir.

Xidmət sektorunda maaş artımı birbaşa olaraq qiymət artımına gətirib çıxaracaq. Bu, həm pərakəndə satışda, həm xidmət sektorunda, həm də xidmətlə bağlı istehsal sahələrində — məsələn, tikinti materialları, kiçik və xırda istehsal müəssisələrində — əməkhaqqı strukturunda xərcləri artıracaq.

Əgər bir müəssisədə əməkhaqqı xərci ümumi xərclərin təxminən 30 faizini təşkil edirsə, 14 faizlik vergi yükünün yaranması ümumi maya dəyərini 4–5 faiz bahalaşdıracaq. Bu isə nəticə etibarilə inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq.

Vergi yükünün artması və əməkhaqqı xərclərinin çoxalması, həm xidmət sektorunda, həm də xidmətlə bağlı istehsal sahələrində qiymət artımı ilə nəticələnəcək. Bu artımlar 2026-cı ildə inflyasiya risklərini yüksəldən ən vacib amillərdən birinə çevrilə bilər”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri