Icma.az, Lent az portalına istinadən məlumat verir. Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəis
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəsatətlə
Daha sonra Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər.
Dövlət ittihamçısı çıxış edərək bu vəsatəti əsassız hesab edib və təmin olunmamasını istəyib.
Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev bildirib ki, kiminsə zorla zərərçəkmiş qismində tanınması doğru deyil.
Bu səbəbdən vəsatət təmin olunmalıdır. Məhkəmə müşavirə əsasında qərara alıb ki, hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılsın.
Digər vəsatət isə hadisə zamanı vəzifəsini düzgün icra etmədiyi iddia olunan və vəzifə yerində olmayıb dincəlmək məqsədilə ilə işdən yayındığı söylənilən mərkəzin tibb işçilərinin təqsirləndirilən kimi dindirilməsi ilə bağlı olub.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti müdafiə edərək söyləyib ki, hadisə həmin mərkəzin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verib və bununla bağlı əllərində video formatda sübut var.