Icma.az
close
up
RU
7 körpənin ölümü səhlənkarlıqdan baş verib MƏHKƏMƏ

7 körpənin ölümü səhlənkarlıqdan baş verib MƏHKƏMƏ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb.

Daha sonra Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər.

Dövlət ittihamçısı çıxış edərək bu vəsatəti əsassız hesab edib və təmin olunmamasını istəyib.

Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev bildirib ki, kiminsə zorla zərərçəkmiş qismində tanınması doğru deyil. Bu səbəbdən vəsatət təmin olunmalıdır.

Məhkəmə müşavirə əsasında qərara alıb ki, hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılsın.

Digər vəsatət isə hadisə zamanı vəzifəsini düzgün icra etmədiyi iddia olunan və vəzifə yerində olmayıb dincəlmək məqsədilə ilə işdən yayındığı söylənilən mərkəzin tibb işçilərinin təqsirləndirilən kimi dindirilməsi ilə bağlı olub.

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti müdafiə edərək söyləyib ki, hadisə həmin mərkəzin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verib və bununla bağlı əllərində video formatda sübut var.

Sədr bildirib ki, digər şəxslərə cinayət işinin açılmasının hazırkı ittihamla əlaqəsi yoxdur.

Vəkil Əlövsət Abbasov isə məhkəməyə sübut qismində təqdim olunan videoda həmin anların qeydə alındığını söyləyib. Bu səbəbdən vəsatətin təmin olunmasını xahiş edib.

Prokuror bu vəsatətin hazırkı mərhələdə baxıla bilməyəcəyini bildirərək, sonrakı mərhələlərdə baxılmasının mümkünlüyünü qeyd edib.

Məhkəmə müşavirə əsasında qərara alıb ki, hazırda məhkəmə istintaqı başlamadığı üçün bu vəsatət də baxılmamış saxlanılsın. Həmin video cinayət işinə əlavə olunsun.

Daha sonra məhkəmə istintaqının başladığı elan olunub.

Prokuror Orxan Səmədov ittiham aktını elan edib.

İttiham aktına əsasən, Mehriban Abasquliyeva direktoru olduğu müəssisədə xəstə qəbulunun sayını əsassız olaraq iki dəfə artıraraq müəssisənin elektrik təsərrüfatının yüklənməsinə səbəb olub. Hadisə günü 9 yenidoğulmuşun müalicə aldığı palatadakı cihazların istifadəsinə qadağan edilmiş elektrik ötürücüsünə qoşulması nəticəsində yüksək gərginlik yaranıb və yanğın baş verib. Nəticədə 7 yenidoğulmuş yanğından və kəskin dəm qazından həyatını itirib. 4 nəfər xəstəxana personalı yüngül xəsarət alıb.

Yanğın nəticəsində mərkəzin 177 min manatdan çox dəyəri olan tibbi avadanlıqları sıradan çıxıb.

Əlavə edilib ki, Respublika Perinatal Mərkəzində yanğın təhlükəsizliyi ilə əlaqədar heç bir tədbir də görülməyib.

Digər təqsirləndirilənlərə də eyni ittiham elan olunub.

Mehriban Abasquliyeva elan olunmuş ittihamın uydurma olduğunu iddia edib. O özünü təqsirli bilməyib.

Digər iki təqsirləndirilən şəxs də özünü təqsirli bilməyib.

Proses 2025-ci il yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova tanınıb./APA 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri