Avtosfer saytına istinadən Icma.az xəbər verir. 3 ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi bütün dünyanın gündəmindən düşmür.
Amma bu müharibənin pərdəarxasında gizlədilən çoxlu dramatik hekayələr var.
Onlardan biri də Rusiya ordusuna cəlb edilən azərbaycanlıların taleyidir.
Rusiya səfirliyinin verdiyi siyahıdan bəlli olub ki, 772 azərbaycanlı Rusiya-Ukrayna müharibəsində yoxa çıxıb.
Bu günə qədər onların taleyi naməlum qalır. Bu sarsıdıcı faktı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavatda yayımlanan “
R. Arifoğlu bildirib ki, siyahıda qeyd olunan azərbaycanlılar Rusiyanın təklifi ilə könüllü şəkildə döyüşə yollanıblar və buna görə hər ay o
Amma əksəriyyəti ilk döyüşlərdə həlak olur. Rusiyaya işləməyə gedən çox sayda azərbaycanlıya “müharibə işi” təklif olunur.
Onlara dərhal vətəndaşlıq verilir, hətta rus dilini bilməyənlər belə, cəbhəyə aparılır.