Icma.az
close
up
RU
700 dən çox azərbaycanlı YOXDUR! Rusiya müharibəsində yoxa çıxıblar Rauf Arifoğlu DƏHŞƏTLİ FAKTLARI ortaya çıxardı VİDEO

700 dən çox azərbaycanlı YOXDUR! Rusiya müharibəsində yoxa çıxıblar Rauf Arifoğlu DƏHŞƏTLİ FAKTLARI ortaya çıxardı VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

3 ildən çoxdur ki, Rusiya-Ukrayna müharibəsi bütün dünyanın gündəmindən düşmür. Amma bu müharibənin pərdəarxasında gizlədilən çoxlu dramatik hekayələr var. Onlardan biri də Rusiya ordusuna cəlb edilən azərbaycanlıların taleyidir. Rusiya səfirliyinin verdiyi siyahıdan bəlli olub ki, 772 azərbaycanlı Rusiya-Ukrayna müharibəsində yoxa çıxıb. Bu günə qədər onların taleyi naməlum qalır. 

Bu sarsıdıcı faktı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavatda yayımlanan “Canlı debat” verilişində açıqlayıb.

R. Arifoğlu bildirib ki, siyahıda qeyd olunan azərbaycanlılar Rusiyanın təklifi ilə könüllü şəkildə döyüşə yollanıblar və buna görə hər ay onlara 4000 manata ekvivalent maaş vəd olunub:

“İki-üç ay təlim dövründə həmin pulu alıb, ailələrinə göndərirlər. Amma əksəriyyəti ilk döyüşlərdə həlak olur. Rusiyaya işləməyə gedən çox sayda azərbaycanlıya “müharibə işi” təklif olunur. Onlara dərhal vətəndaşlıq verilir, hətta rus dilini bilməyənlər belə, cəbhəyə aparılır.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən olan bir gənc də bu yolla orduya yazılıb. O, rus dilində bir kəlmə belə bilmirmiş, 3 aya yaxın maaşını alıb və may ayının 11-də onları döyüşə aparıblar. Onu orduda aşpaz kimi işləyəcəyinə inandırıblar. Lakin üç aydan sonra əlinə silah verib, ön cəbhəyə göndəriblər. May ayının 19-da döyüşdə həlak olub. Cənazəsi isə yalnız ailəsinin aylarla apardığı axtarışlardan sonra bu günlərdə Azərbaycana gətirilib.

Valideynləri ölkəmizdəki Rusiya səfirliyinə getdi. Onların uşaqlarının axtarışı zamanı bəlli oldu ki, 772 azərbaycanlı itkindir. Valideynə deyilib ki, “Ana, orada meşələr çox sıxdır, əsgərlər 2-3 ay meşəlikdə qalırlar və uyğun şəraitdə üzə çıxırlar. Oğlunuz sağ qala bilər”. Onun cənazəsi çox çətinliklə tapılıb ölkəmizə gətirildi. Doğrudur, xərcləri Rusiya Müdafiə Nazirliyi çəkdi. Hər şeyi müsəlman qaydasında etmişdilər. Ailəsinə demişdilər ki, 10 gün də keçsəydi, kimsəsizlər qəbiristanlığında basdıracaqdılar”.

Onun sözlərinə görə, təkcə bu kənddən deyil, Azərbaycanın müxtəlif bölgələrindən yüzlərlə ailə övladlarının taleyindən xəbərsizdir. Rusiya Müdafiə Nazirliyi azərbaycanlıların itkin düşməsi faktlarını gizlədir, yalnız ailələrin sorğularından sonra məlumat ortaya çıxır. Hazırda 700-dən çox müqaviləli azərbaycanlının aqibəti məlum deyil:

“Məsələ yalnız azərbaycanlılarla məhdudlaşmır. Rusiya ordusu üçün ucuz “can”a çevrilənlər arasında Orta Asiya ölkələrinin imkansız insanları, hətta koreyalılar da var. Rusiya Müdafiə Nazirliyi valyuta, qızıl satacaq. Bunun hamısı orduya xərclənir. Hindistanlını, koreyalını orduya pulla cəlb edir. İki min koreyalı ölüb. 700-dən çox müqaviləli orduya yazılan azərbaycanlının taleyi isə naməlumdur. Bu siyahını Rusiya səfirliyi verib.

Vladimir Putin müharibənin faciəsini bizə də yaşadır. Biz ermənilərlə savaş apararkən gün ərzində 31 şəhid verəndə necə sarsılırdıq! İndi isə 700-dən çox azərbaycanlı qərib ölkədə cəbhədə yoxa çıxıb.

Mən əminəm ki, bu kimi siyahılarda Qazaxıstanın, Özbəkistanın imkansız insanları da var. Onların qarşısına şərt qoyublar ki, Rusiyada yaşamaq istəyirsənsə, get, döyüş. Rusiya bu rəqəmləri qeyri-rus olduğu üçün gizlədir. Ailəsi axtarmayınca üzə çıxmır. Bir neçə ay keçəndən sonra kütləvi şəkildə dəfn edirlər. Onlar arasında Rusiya küçələrində, bazarlarında tutulub aparılanlar da var. Axtarılmayan, qohumu olmayanlar da var. Üstəlik, heç də hamı müqavilə ilə getməyib müharibəyə. Çoxları zorla aparılıblar. Artıq 100-dən çox azərbaycanlının dəfn edildiyi bilinir.

Bu məsələ ilə maraqlanmaq və məşğul olmaq lazımdır! Millətin oğulları boşuna qırılır. Kimsə gedib rus ordusuna yazılmasın, uşaqlarını yetim, analarını gözüyaşlı qoymasın”.

Rauf Arifoğlunun sözlərinə əsasən, bu insanlar müharibəyə ideoloji səbəbdən deyil, sadəcə maddi ehtiyacdan gedirlər:

“Onların döyüşmək üçün ideologiyası yoxdur. Sadəcə 4000 manata ekvivalent maaş üçün həyatlarını riskə atırlar. Doğrudur, Ukrayna uğrunda döyüşən azərbaycanlılar da var. Biz onlara şəhid deyirik. Onlar könüllü və ideologiyaya söykənib döyüşürlər. Ukraynada döyüşən azərbaycanlı həm də Azərbaycan uğrunda döyüşür. Kremlin təbliğat maşınının aparıcı fiqurlarından biri, Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri və Rusiya Təhlükəsizlik Şurasının üzvü Kirill Kabanov deyib ki, “Ukrayna ilə işi bitirən kimi Azərbaycanı işğal edəcəyik”. O işin qurtarmaması, Ukraynanın təslim olmaması üçün bizimkilər Ukrayna ordusunda döyüşür. Ukraynada döyüşən azərbaycanlılar pul almır, əksinə, canlarını xərcləyirlər.

ABŞ prezidenti Donald Tramp isə deyib ki, hər həftə Rusiya tərəfdən 7 min insan ölür. Bu isə bir ayda 30 min, ildə 300 min nəfər deməkdir. Bu, Putinin bəşəriyyətə, slavyan xalqına verdiyi “töhfədir””.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Sentyabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see163

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri