Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu tədbirlərin vacibliyini vurğuladı:“AQTA-nin açıqlaması ilə tam şərikəm, bu işlər olmalıdır.
Dünən mənə Biləsuvar rayonundan xəbər verildi ki, fərdi təsərrüfatlarda insanlar heyvanları öz bildikləri kimi müalicə edirlər.
Heyvanlar arasında dabaq xəstəliyi çox geniş yayılıb, amma çox təəssüf ki, xəstəliyin geniş yayıldığını demirlər.
Proflaktikası ilə bağlı da məlumat verilmir. Hələ Sovet vaxtı dabaq xəstəliyinin qarşısını almaq üçün karantin zonaları elan edirdilər və or
Bundan başqa ət yaxşı bişirilməlidir, çünki ola bilər ki, dabaq xəstəliyi olan heyvanın əti olsun.