Icma.az
close
up
RU
“75 faiz xəstəliklər insanlara heyvanlardan keçir” Ekspert

“75 faiz xəstəliklər insanlara heyvanlardan keçir” Ekspert

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu tədbirlərin vacibliyini vurğuladı:

“AQTA-nin açıqlaması ilə tam şərikəm, bu işlər olmalıdır. Dünən mənə Biləsuvar rayonundan xəbər verildi ki, fərdi təsərrüfatlarda insanlar heyvanları öz bildikləri kimi müalicə edirlər. Heyvanlar arasında dabaq xəstəliyi çox geniş yayılıb, amma çox təəssüf ki, xəstəliyin geniş yayıldığını demirlər. Proflaktikası ilə bağlı da məlumat verilmir. Hələ Sovet vaxtı dabaq xəstəliyinin qarşısını almaq üçün karantin zonaları elan edirdilər və ordan keçən avtomobillərin təkərləri təmizlənirdi, polislər nəzarət edirdi və müəyyən edilmiş zonaya keçmək olmazdı”.

Ekspert bildirib ki, insanlar gördükləri yerdən ət alırlar və istisna olunmur ki, dabaq xəstəliyinə tutulmuş heyvanların əti qarışıq şəkildə restoranlarda və ya başqa yerlərdə işlənə bilər:

“Ona görə də insanlar birinci baxmalıdır ki, əgər ətin üstü suludursa, kiçik damarlar varsa, bu dabaq xəstəliyinin  əlamətidir. Bundan başqa ət yaxşı bişirilməlidir, çünki ola bilər ki, dabaq xəstəliyi olan heyvanın əti olsun. Dabaq xəstəliyinə tutulmuş heyvanın ətindən bişirilən kababla insana xəstəlik keçə bilər. Ona görə də bu mövsümdə insanlar yaxşı bişirilmiş ətdən istifadə etməlidirlər”. 

E.Hüseynov deyib ki, insanlar təsadüfi yerlərdən alınan süd və qatıq məhsullarından, pendirdən xüsusən ehtiyatlı olsunlar:

“Bu məhsullardan da xəstəlik keçə bilər. Ümumiyyətlə, belə bir məsələ var ki, həkimlər insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edir. Bu doğrudan da belədir. Tarix boyu insanlara keçən xəstəliklərin 75 faizi heyvanlardan keçir. Ona görə də insanlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. Heyvan bazarlarının bağlanması çox vacib məsələdir. İnsanlarımız isə indiki vaxtda bu məsələlərə ciddi fikir verməlidirlər”. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri