Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Vahid Əliyev həyat yolunda daim ləyaqətlə addımlayan şəxsdirİnsan şu su misali, Kıvrım-kı
Su iner yokuşlardan, hep basamak basamak, Benimse alın yazım, yokuşlarda susamak...
Türk şeirinin görkəmli siması Nəcib Fazil Qısakürəyin “Sakarya” şeiri insan ömrünün dəqiq təsviridir.
Hər bir insan dünyaya gəldiyi gündən alın yazısının ardınca düşüb gedir. Su kimi axır yəni. Nələr olacağını bilmədən.
Amma təxmin etmək istəyir. Bu da arzular, qarşıya qoyulan məqsədlər, can atılan amala bağlıdır.
Həyatın müəyyən dönəmində isə insan keçib gəldiyi yola dönüb baxmaq istəyir. Necə keçib bu yolları, nə qazanıb, nə itirib...
Xoş o kəslərin halına ki, ömür yoluna dönüb nəzər saldıqda dünyaya əbəs yerə gəlmədiyini, hörmət, ehtiram, təmiz ad, sadiq dostlar, sədaqətli ailə, gözəl övladlar qazandığını görür, şərəfli həyat yaşadığığına əmin olur.
Polkovnik Vahid Əliyev ömrü boşuna yaşamayan, həyat yolunu alnı açıq, qətiyyətlə addımlayan insanlardandır.