Icma.az
close
up
RU
75 yaşın mübarək, cənab polkovnik!

75 yaşın mübarək, cənab polkovnik!

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Vahid Əliyev həyat yolunda daim ləyaqətlə addımlayan şəxsdir


İnsan şu su misali, 

Kıvrım-kıvrım akar ya; 

Bir yanda akan benim, 

Öbür yanda Sakarya. 

Su iner yokuşlardan, hep basamak basamak,

 Benimse alın yazım, yokuşlarda susamak... 

Türk şeirinin görkəmli siması Nəcib Fazil Qısakürəyin “Sakarya” şeiri insan ömrünün dəqiq təsviridir. Hər bir insan dünyaya gəldiyi gündən alın yazısının ardınca düşüb gedir. Su kimi axır yəni. Nələr olacağını bilmədən. Amma təxmin etmək istəyir. Bu da arzular, qarşıya qoyulan məqsədlər, can atılan amala bağlıdır. Həyatın müəyyən dönəmində isə insan keçib gəldiyi yola dönüb baxmaq istəyir. Necə keçib bu yolları, nə qazanıb, nə itirib... Xoş o kəslərin halına ki, ömür yoluna dönüb nəzər saldıqda dünyaya əbəs yerə gəlmədiyini, hörmət, ehtiram, təmiz ad, sadiq dostlar, sədaqətli ailə, gözəl övladlar qazandığını görür, şərəfli həyat yaşadığığına əmin olur. Polkovnik Vahid Əliyev ömrü boşuna yaşamayan, həyat yolunu alnı açıq, qətiyyətlə addımlayan insanlardandır. Vahid Əli oğlu Əliyev 1950-ci il, sentyabrın 5-də qədim yurd yerlərimizdən olan Borçalı mahalında – Sarvanda (Marneuli) dünyaya gəlib. Valideynləri uşaqlarının təhsilli olmasına xüsusi önəm verdiklərindən övladlarını qonşu Ermənistanın Noyemberyan rayonundakı Ləmbəli kənd orta məktəbinə göndəriblər. Ləmbəli kənd orta məktəbi görkəmli ziyalılar yetişdirməsi ilə məşhurdur. Azərbaycanın neçə-neçə görkəmli şəxsiyyətləri, alimləri bu məktəbin yetirməsi olub. Vahid Əliyev 1967-ci ildə həmin məktəbi bitirib. Bakıya gələrək Texniki Universitet (o zamanlar Politexnik İnstitutu) avtomobil mexanikası fakültəsinə daxil olub, 1974-cü ildə ali məktəbi bitirib. Vahid Əliyev əmək fəaliyyətinə 1976-cı ildə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis idarəsində çalışmaqla başlayıb. 1994-cü ilədək müxtəlif vəzifələrdə işləyib. Bu müddətdə erməni separatçılarının torpaqlarımıza göz dikərək silahlı hücumları başlamışdı. Qarabağda qızğın döyüşlər gedirdi. V.Əliyev vətənpərvər oğul olaraq 1988-ci ildən 1992-ci ilə qədər Qarabağda separatçılara qarşı mübarizəyə qoşulub, hərbi əməliyyatlarda iştirak edib, müxtəlif bölgələrdə - Sumqayıt şəhəri, Cəlilabadda, Lənkəranda ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlib. V.Əliyev Birinci Qarabağ müharibəsi veteranıdır. Nümunəvi xidmətlərinə görə fəxri fərmanlarla təltif edilib. V.Əliyev əmək fəaliyyətini sonrakı illərdə də davam etdirib. 1994-cü ildən 2010-cu ilə qədər Avtotexniki Müfəttişlik şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Fəaliyyəti zamanı qüsursuz çalışdığına görə, Vahid Əliyevə 2000-ci ildə növbədənkənar polkovnik rütbəsi verilib. 2010-cu ildə təqaüd yaşına çatdığı nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsindən polkovnik rütbəsindən tərxis olunub. Vahid Əliyev həm də poeziya, söz-sənət aşiqidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatçısı, Əbədi Media mükafatçısı, “İti Qələm”, “Məmməd Araz” mükafatçısı,  Prezident təqaüdçüsüdür. Onun şeirlərinə 300-dən çox mahnı bəstələnib. V.Əliyev 13 kitab müəllifidir. “Sevgi”, “Ürəyim yanmasın”, “Babam, unuda bilmərəm heç zaman səni”, “Yaşayır Heydər” əsərlərinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr etdiyi “Ürəyin ürəyimizdir” əsərinin müəllifi, həmçinin  “Yol Polisi” himninin sözlərinin də müəllifidir. V.Əliyev əhatəli biliyə sahib mütəxəssis olaraq “Yol təhlükəsizliyi haqqında” qanun və normativ sənədlərin tərtib edilməsində fəal iştirak edib. 2013-cü ildən 2017-ci ilə qədər Xarici Dillər Universitetinin Təsərrüfat-təchizat idarəsinin müdiri, 2017-ci ildən 2025-ci ilə qədər şöbə müdirinin müavini və baş mütəxəssis vəzifələrində çalışıb. Polkovnik Vahid Əliyevin 75 yaşının tamam olduğu bu günlərdə onun ömür yoluna qısa nəzər saldıq. Vahid Əliyev həyat yolunda daim ləyaqətlə addımlayan şəxsdir. Ömrü uzun olsun. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri