Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır. “Gülsatanların bayramı” adlandırılan günlərdən biri də 8 Mart ərəfəsidir.
Beynəlxalq Qadınlar Günündən öncə Bakının gül dükanları sevdiklərini, xanımlarını, analarını, qızlarını sevindirmək istəyən bəylərlə dolub-daşır.
KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı gül mağazalarına baş çəkib, bu bayramda üzləri güldürəcək gül buketlərinin neçəyə başa gələcəyini araşdırıb.
Təqdim edilən çiçək çeşidləri elə qiymətləri kimi müxtəlifdir.
Bazarda ən ucuz güllər zanbaqlardır – qiyməti 1 ədəd üçün 2 manat 50 qəpiklə 3 manat arasında dəyişir.
Qızılgüllər zirvədən düşmür – ucuzu 4, bahası 6 manatadır. Gül satışı ilə məşğul olan Fuad Paşazadə qeyd edir ki, bayramla əlaqədar olaraq h
Hazırda qiyməti daha münasib olduğu üçün zanbaqlar daha çox satılır. Üç-beş ədəd zanbaqdan buket bağlatdıranlar çoxdur.
Qızılgüldə də tələbat yaxşıdır, birinin qiyməti 6 manatdır. Qızılgül buketi istəyən də olur, tək alan da.