Icma.az
close
up
RU
8 Mart ərəfəsində gül bazarında VƏZİYYƏT KONKRET

8 Mart ərəfəsində gül bazarında VƏZİYYƏT KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Gülsatanların bayramı” adlandırılan günlərdən biri də 8 Mart ərəfəsidir. Beynəlxalq Qadınlar Günündən öncə Bakının gül dükanları sevdiklərini, xanımlarını, analarını, qızlarını sevindirmək istəyən bəylərlə dolub-daşır.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı gül mağazalarına baş çəkib, bu bayramda üzləri güldürəcək gül buketlərinin neçəyə başa gələcəyini araşdırıb.

Təqdim edilən çiçək çeşidləri elə qiymətləri kimi müxtəlifdir. Bazarda ən ucuz güllər zanbaqlardır – qiyməti 1 ədəd üçün 2 manat 50 qəpiklə 3 manat arasında dəyişir.

Qızılgüllər zirvədən düşmür – ucuzu 4, bahası 6 manatadır.

Gül satışı ilə məşğul olan Fuad Paşazadə qeyd edir ki, bayramla əlaqədar olaraq hazırda güllərə tələbat artıb:

“Alıcılıq qabiliyyəti yaxşıdır. Hazırda qiyməti daha münasib olduğu üçün zanbaqlar daha çox satılır. Üç-beş ədəd zanbaqdan buket bağlatdıranlar çoxdur. Qızılgüldə də tələbat yaxşıdır, birinin qiyməti 6 manatdır. Qızılgül buketi istəyən də olur, tək alan da. Belə buket üçün minimum beş qızılgül olmalıdır ki, gözəl alınsın.

Nərgiz güllərimiz var, birinin qiyməti 6 manatadır.

Çobanyastığından da gözəl buketlər hazırlayırıq. Qiyməti 40-45 manatdan başlayır. Buketə görə qiymət dəyişir”.

Digər bir satıcı Natiq Novruzov da alıcıların qızılgül və zanbağa üstünlük verdiklərini deyir:

“Yerli qızılgülün ədədi 4 manata, xarici qızılgülün biri isə 6 manatadır. Zanbaqların ədədi 2.5 manatadır. Çöl çiçəkləri də yaxşı alınır. Bir ədədi 3 manatadır. Buket formasında hazır güllər alanlar da az deyil. Onların da qiyməti 20 manatdan başlayır, 100 manata qədər davam edir.

Səbət gülləri də satırıq, 20-45 manat aralığında dəyişir qiyməti. Səbətlərə tələbat yaxşı olsa da, zanbaqlar qədər çox satılmır”.

Başqa bir satıcı Fərid Məcidov alverdən məmnundur:

“Şükür, alıcılıq qabiliyyəti yaxşıdır. Sevənlər əzizlərinə gözəl güllərdən alırlar. Üstünlük daha çox kol şəklində olan qızılgüllərədir. Onların qiyməti standart olaraq 15 manatdır. Zanbaqlar da yaxşı satılır. Yerli zanbağın ədədi 2 manat 50 qəpiyə, xarici zanbağın dənəsi 3 manatadır. Keçən illə müqayisədə qiymətlərdə heç bir dəyişiklik olmayıb. Əvvəl necə idisə, indi də elədir. Qızılgülün bir ədədi 5 manatadır. Bir buket üçün 11, 51, 101 qızılgül alan da olur. Bu da gül alanın büdcəsinə baxır”.

Qısa hesablamalarımıza görə, ən ucuz gül hədiyyəsi iki manat yarıma, 101 qızılgüldən ibarət buket 505 manata başa gələcək. Amma son nəticədə bu gül dəstələrinin doğurduğu təbəssüm eyni dəyərdədir – yəni qiymətsiz…

Bayramınız mübarək, əziz qadınlar!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri