Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Gül bağladan kim, ətir seçən kim, hədiyyə alan kim.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir neçə gündür hədiyyə, gül mağazalarında hərəkətlilik var və bu, getdikcə artır.
Sevgisini, hörmətini və diqqətini göstərmək istəyənlər ən gözəl hədiyyələri seçməyə çalışırlar.Bakıvaxtı.az paytaxtdakı gül və hədiyyə dükanlarını gəzərək satıcıların, alıcıların bayram hazırlığını müşahidə edib.Bakıdakı gül mağazalarından birinin sahibi Vüsal Camalov bildirib ki, bu il ən çox üstünlük verilən güllər qızılgül və zanbaqdır:"Xüsusilə qırmızı qızılgüllər və rəngarəng zanbaqlar müştərilərin diqqətini çəkir.
Orkide və nərgiz kimi zərif çiçəklərə də maraq var".O, qiymət artımından da danışıb:"Qiymətlər bizdən asılı səbəbdən artmır, bayram günlərində gömrük gəlişi bahalaşır.
Məsələn, adi günlərdə 3-4 manata satılan bir ədəd qızılgül indi 5-7 manatdır.
Buketlərin qiyməti isə seçilən güllərin növü və tərtibatından asılı olaraq dəyişir.
Ən ucuz buketlərin qiyməti isə 20-25 manatdan başlayır".Şəhər sakini Səid Ağabalayev qiymətlərin çox artmadığını deyir:"Mənə görə qiymətlər normaldır, baha olsa belə, almalıyıq, yaxınlarımızı sevindirmək borcumuzdur".Hədiyyə mağazalarına da iynə atsan yerə düşməz.
Alıcılar daha çox hansı hədiyyəyə üstünlük verir?Hədiyyə mağazasının satıcısı Lalə Məmmədovanın sözlərinə görə, bu il parfüm, kosmetika, aksesuarlar və yumşaq oyuncaqlara maraq daha yüksəkdir.