Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

8 Mart ərəfəsində gül gülü çağırır: Baha da olsa almalıyıq… REPORTAJ

8 Mart ərəfəsində gül gülü çağırır: Baha da olsa almalıyıq… REPORTAJ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gül bağladan kim, ətir seçən kim, hədiyyə alan kim. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir neçə gündür hədiyyə, gül mağazalarında hərəkətlilik var və bu, getdikcə artır. Sevgisini, hörmətini və diqqətini göstərmək istəyənlər ən gözəl hədiyyələri seçməyə çalışırlar.

Bakıvaxtı.az paytaxtdakı gül və hədiyyə dükanlarını gəzərək satıcıların, alıcıların bayram hazırlığını müşahidə edib.

Bakıdakı gül mağazalarından birinin sahibi Vüsal Camalov bildirib ki, bu il ən çox üstünlük verilən güllər qızılgül və zanbaqdır:

"Xüsusilə qırmızı qızılgüllər və rəngarəng zanbaqlar müştərilərin diqqətini çəkir. Orkide və nərgiz kimi zərif çiçəklərə də maraq var".

O, qiymət artımından da danışıb:

"Qiymətlər bizdən asılı səbəbdən artmır, bayram günlərində gömrük gəlişi bahalaşır. Məsələn, adi günlərdə 3-4 manata satılan bir ədəd qızılgül indi 5-7 manatdır. Buketlərin qiyməti isə seçilən güllərin növü və tərtibatından asılı olaraq dəyişir. Ən ucuz buketlərin qiyməti isə 20-25 manatdan başlayır".

Şəhər sakini Səid Ağabalayev qiymətlərin çox artmadığını deyir:

"Mənə görə qiymətlər normaldır, baha olsa belə, almalıyıq, yaxınlarımızı sevindirmək borcumuzdur".

Hədiyyə mağazalarına da iynə atsan yerə düşməz. Alıcılar daha çox hansı hədiyyəyə üstünlük verir?

Hədiyyə mağazasının satıcısı Lalə Məmmədovanın sözlərinə görə, bu il parfüm, kosmetika, aksesuarlar və yumşaq oyuncaqlara maraq daha yüksəkdir. Müsahibimiz qeyd edib ki, xüsusilə brend ətirlərə çox tələb var:

“Bundan əlavə, zinət əşyaları və xüsusi dizaynlı suvenirlər də maraq doğurur. Müştərilər fərdi hədiyyələr - ad yazılmış fincanlar, fotoçərçivələr və dəftərlər də çox alır. Son illərdə isə hədiyyə qutuları dəbə minib. İçində şokolad, kosmetika və aksesuarlar olan bu qutular alıcılar tərəfindən sevilir".

Qiymətlərə gəlincə, o, bəzi məhsulların bahalaşdığını, amma hələ də hər büdcəyə uyğun seçim olduğunu bildirir:

"Ən sadə suvenirlər 10-15 manatdan başlayır. Orta səviyyəli ətirlər 50-100 manat arasında dəyişir. Əgər söhbət brend məhsullardan gedirsə, qiymət 150-300 manat civarında ola bilər. Hədiyyə qutuları isə tərkibindən asılı olaraq 30-80 manat arasında dəyişir".

Alıcı Sevinc Məmmədova hədiyyə seçimində daha çox praktik məhsullara üstünlük verdiyini deyir:

"Kosmetika, aksesuar və ya ətir daha yaxşı seçimdir, çünki istifadəyə yararlıdır. Ancaq bəzi hədiyyələr var ki, sadəcə simvolik olur və istifadəsiz qalır. Ona görə çalışıram elə hədiyyə alım ki, həm xoşbəxt etsin, həm də işə yarasın".

Gördüklərimizdən, eşitdiklərimizdən bu qənaətə gəlmək olar ki, bu il 8 Mart üçün hədiyyə seçənlər həm klassik - gül və ətir kimi variantlara, həm də daha fərdi və yaradıcı hədiyyələrə üstünlük verirlər. Seçim çoxdur, əsas odur ki, hədiyyə səmimi duyğularla təqdim olunsun.

Bakıvaxtı.az 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir!

Nuriyyə Musayeva

Foto: Fatimə Əşrəfli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri