Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp Venesuela sahillərinə hərbi gəmilər və xüsusi təyinatlı qüvvələr göndərərək narkotik kartellərinə qarşı silahlı mübarizə elan edib.
Lakin Vaşinqton kuluarlarında bu əməliyyatın əsl hədəfinin Venesuela prezidenti Nikolas Maduronun devrilməsi ola biləcəyi müzakirə olunur.
Qaynarinfo xəbər verir ki, Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təqdim etdiyi və məzmunu gizli saxlanılan sənəddə nələrin yer aldığı sual doğurur.
Kariblərdə hərbi hazırlıq "The Washington Post” qəzetinin məlumatına görə, Tramp Karib dənizinə onlarla hərbi gəmi, döyüş təyyarələri və minlərlə Amerika əsgəri göndərərək beynəlxalq terror təşkilatı elan etdiyi narkotik qaçaqçılığı qruplarına qarşı genişmiqyaslı əməliyyat başladıb.
"The Associated Press” agentliyi isə Pentaqon mənbələrinə, peyk təsvirlərinə və bölgədəki müxbirlərin məlumatlarına əsaslanaraq, ABŞ-ın son aylarda Kariblərdə və Venesuela sahillərində artan hərbi mövcudluğunu təsdiqləyib.
Pentaqonun məlumatına görə, bölgəyə ümumilikdə 8 hərbi gəmi göndərilib: onların üçü döyüş, üçü amfibi hücum gəmisi, biri kreyser, biri isə sahil müharibə gəmisidir.
Bu gəmilər "Tomahawk” uzaqmənzilli raketləri, dəniz helikopterləri və "Harrier” tipli döyüş təyyarələrini daşıya bilir.