Icma.az
close
up
RU
8 müharibəni bitirdiyinin deyən Tramp yeni bir savaşın astanasında

8 müharibəni bitirdiyinin deyən Tramp yeni bir savaşın astanasında

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Venesuela sahillərinə hərbi gəmilər və xüsusi təyinatlı qüvvələr göndərərək narkotik kartellərinə qarşı silahlı mübarizə elan edib. Lakin Vaşinqton kuluarlarında bu əməliyyatın əsl hədəfinin Venesuela prezidenti Nikolas Maduronun devrilməsi ola biləcəyi müzakirə olunur. 

Qaynarinfo xəbər verir ki, Trampın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) təqdim etdiyi və məzmunu gizli saxlanılan sənəddə nələrin yer aldığı sual doğurur.

Kariblərdə hərbi hazırlıq

"The Washington Post” qəzetinin məlumatına görə, Tramp Karib dənizinə onlarla hərbi gəmi, döyüş təyyarələri və minlərlə Amerika əsgəri göndərərək beynəlxalq terror təşkilatı elan etdiyi narkotik qaçaqçılığı qruplarına qarşı genişmiqyaslı əməliyyat başladıb.

"The Associated Press” agentliyi isə Pentaqon mənbələrinə, peyk təsvirlərinə və bölgədəki müxbirlərin məlumatlarına əsaslanaraq, ABŞ-ın son aylarda Kariblərdə və Venesuela sahillərində artan hərbi mövcudluğunu təsdiqləyib.

Pentaqonun məlumatına görə, bölgəyə ümumilikdə 8 hərbi gəmi göndərilib: onların üçü döyüş, üçü amfibi hücum gəmisi, biri kreyser, biri isə sahil müharibə gəmisidir. Bu gəmilər "Tomahawk” uzaqmənzilli raketləri, dəniz helikopterləri və "Harrier” tipli döyüş təyyarələrini daşıya bilir.

Mənbələr bildirir ki, bölgədə 6 mindən çox ABŞ hərbçisi yerləşdirilib. Sentyabr ayında "F-35B” döyüş təyyarələrindən ibarət bir eskadrilya, ardınca isə "MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatları Puerto Riko hava bazasına göndərilib. Bundan əlavə, "USS Newport News” adlı nüvə sualtı hücum gəmisi də Cənubi Amerika yaxınlığında fəaliyyət göstərir.

Tramp əmri imzaladı

Trampın əmri ilə həyata keçirilən hava hücumlarında Venesueladan ABŞ-a narkotik daşıdığı iddia edilən ən azı yeddi qayıq məhv edilib, çox sayda qaçaqçının öldüyü bildirilir.

Prezident həmçinin Venesuelada MKİ əməliyyatlarına icazə verən "səlahiyyət sənədini” imzalayıb və Maduro hökumətini həm qanunsuz seçkilər keçirməkdə, həm də narkotik kartelinin rəhbəri olmaqda ittiham edib.

Tramp keçən həftə bəyan edib: "Bunu iki səbəbdən təsdiqlədim - Venesuela açıq sərhəd siyasətini ən çox sui-istifadə edən ölkədir, həbsxanalarını və ruhi xəstəxanalarını boşaldaraq insanları ABŞ-a göndərir".

MKİ-yə Maduroya qarşı birbaşa əməliyyat əmri verib-vermədiyi sualına Tramp belə cavab verib: "Bu suala cavab verməyim ağılsızlıq olardı. Amma düşünürəm ki, Venesuela təzyiqi hiss edir".

Ağ Evdən açıqlama

Ağ Evin mətbuat katibi Anna Kelli "Washington Post” qəzetinə açıqlamasında deyib:

"Bu qətiyyətli hücumlar ölkəmizə ölümcül maddələr gətirən narkoterorçulara yönəlib. Tramp ABŞ-ın bütün gücündən istifadə edərək narkotik qaçaqçılarının işğalının qarşısını almağa və onları ədalət qarşısına çıxarmağa davam edəcək".

Quru əməliyyatı gündəmdə

Qəzetin məlumatına görə, Tramp bölgədəki əməliyyatların yalnız dənizlə məhdudlaşmayacağını, hücumların quru istiqamətində də ola biləcəyini bildirib: "Onları Venesuelada da dayandıracağıq".

Bəzi hökumət mənbələri bu əməliyyatların Maduro rejimini devirmək məqsədi daşımadığını, narkotik qaçaqçılarının düşərgələri və gizli hava zolaqlarına qarşı məhdud hədəfli hücumlar ola biləcəyini düşünür.

Digər analitiklər isə bu hərbi yığımın psixoloji təzyiq xarakteri daşıdığını, Venesuela ordusu daxilində parçalanma yaratmaq və Maduronu istefaya məcbur etmək məqsədi güdə biləcəyini bildirir.

Gizli sənədin məqsədi nədir?

Mənbələrin sözlərinə görə, Trampın MKİ-yə təqdim etdiyi sənəd, agentliyə Venesuela hökuməti və onunla əlaqəli narkotik şəbəkələrinə qarşı daha aqressiv tədbirlər görməyə icazə verir. Sənəd Maduronun devrilməsini birbaşa əmr etməsə də, bu nəticəyə gətirib çıxara biləcək addımlara yol açır.

Artan gərginlik

Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə birbaşa mübarizə aparmaq məqsədilə ordunun daha aktiv istifadəsinə icazə vermişdi.

ABŞ avqust ayında Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvəsi göndərmişdi. ABŞ müdafiə naziri Pit Heqset isə ordunun rejim dəyişikliyi də daxil olmaqla hər cür əməliyyata hazır olduğunu bildirmişdi.

Venesuela prezidenti Nikolas Maduro buna cavab olaraq ölkədə 4,5 milyon milisdən ibarət qüvvəni səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlamışdı.

ABŞ-ın Venesuela sahillərində narkotik qaçaqçılığı səbəbi ilə həyata keçirdiyi hücumlar beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur və bu əməliyyatların beynəlxalq hüquqa zidd olduğu bildirilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri