Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev hərbi qulluqçularımızın Böyük Vətən
Onun sözlərinə görə, azərbaycanlı hərbçilər 80 nəfərlik heyətlə keçidə qatılacaqlar.
Həmçinin faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsən iştirakının gözlənildiyinə dair məlumatlar var.
Mövcud geosiyasi proseslər fonunda hərbçilərimizin Moskvanın mərkəzində keçidi necə dəyərləndirilməlidir?
Beləliklə, Moskva-Bakı arasındakı gərginliyin tamamilə başa çatdığını demək olarmı?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov son zamanlarda Azərbaycan və Rusiya arasında gərginliyin səngidiyini bildirib: “Tərəflər ortaq nöqtələr tapmaqdadır.
Prezident İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə keçiriləcək paradda iştirak edəcək olması da bunu deməyə əsas verir.
Şübhəsiz ki, Rusiya ilə münasibətlərin qaydaya salınması hər iki ölkənin maraqlarına uyğundur.