Icma.az
close
up
RU
80 hərbçimiz Qırmızı meydanda: Moskvada böyük hazırlıq başladı

80 hərbçimiz Qırmızı meydanda: Moskvada böyük hazırlıq başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev hərbi qulluqçularımızın Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada Qırmızı meydanda keçiriləcək paradda iştirak edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, azərbaycanlı hərbçilər 80 nəfərlik heyətlə keçidə qatılacaqlar.

Həmçinin faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də şəxsən iştirakının gözlənildiyinə dair məlumatlar var.

Mövcud geosiyasi proseslər fonunda hərbçilərimizin Moskvanın mərkəzində keçidi necə dəyərləndirilməlidir? Beləliklə, Moskva-Bakı arasındakı gərginliyin tamamilə başa çatdığını demək olarmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov son zamanlarda Azərbaycan və Rusiya arasında gərginliyin səngidiyini bildirib:

“Tərəflər ortaq nöqtələr tapmaqdadır. Prezident İlham Əliyevin 9 May Qələbə Günü münasibətilə keçiriləcək paradda iştirak edəcək olması da bunu deməyə əsas verir. Şübhəsiz ki, Rusiya ilə münasibətlərin qaydaya salınması hər iki ölkənin maraqlarına uyğundur.

Azərbaycan ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra qətiyyətli mövqe sərgilədi və Moskvaya konkret tələblər irəli sürdü. Rusiya da bunların bir çoxunu yerinə yetirdi. Nəticə olaraq biz irəli baxmalı, heç nəyi unutmadan gərginliyi aradan qaldırmalıyıq”.


Oqtay Qasımov

Politoloq vurğulayıb ki, Rusiyanın son zamanlar beynəlxalq münasibətlərdəki mövqeyi əvvəlki vəziyyətinə qayıdır:

“Əsasən ABŞ ilə aparılan danışıqlar fonunda son illərdə Rusiya ətrafında formalaşmış izolasiyada ciddi geriləmə var. Belə bir vəziyyətdə gərginlik bizə sərf etməz.

O ki qaldı azərbaycanlı hərbçilərin paradda iştirakına, bu, münasibətlərin normallaşması fonunda baş verir. Nəzərə almalıyıq ki, Azərbaycan da SSRİ ölkəsi olub və qələbədə müstəsna rola malikdir. Yəni paradda iştirak etməyimiz həm də bu baxımdan başa düşüləndir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri