82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi Video

02.10.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb.

“Qafqazinfo” xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb.

Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, H.Abutalıbov 3 il öncə YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında iştirak edib. Bir neçə ay öncə mətbuatda onun paytaxtdan Qaxın Ağçay kəndinə köçərək orada tikdirdiyi villada ailəsi ilə yaşadığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub. 

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью