82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb.
“Qafqazinfo” xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb.
Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, H.Abutalıbov 3 il öncə YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclasında iştirak edib. Bir neçə ay öncə mətbuatda onun paytaxtdan Qaxın Ağçay kəndinə köçərək orada tikdirdiyi villada ailəsi ilə yaşadığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Həmin görüntüləri təqdim edirik:
Baxış sayı:122
Bu xəbər 02 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















