Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq.
Ən yaşlı qadın namizəd isə bir çoxumuzun yaxşı tanıdığı Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli "Əmək" ordeni laureatı Fatma Hüseynovadır.
Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.
Fatma nənə 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaaratəpə bələdiyyəsi üzrə namizəddir. Modern.az Fatma Hüseynova ilə həmsöhbət olub.
O bildirib ki, bələdiyyə seçkilərində namizəd olmağına səbəb xalqın israr etməsidir: “İndidən nə işlər görəcəyimizi demək üçün tezdir.
Mən illərlə xalqım, dövlətim üçün çalışmışam. Amma artıq birləşmiş bələdiyyələrlə əvvəlkindən daha böyük bələdiyyə yaradılıb.
Buna görə də görüləcək işlər də daha çoxdur. Ona görə də hələ bu bələdiyyədə vəziyyətin necə olacağını deyə bilmərəm.