Icma.az
close
up
RU
86 yaşlı Fatma nənə: Xalqın israrı ilə bələdiyyəyə namizəd olmuşam

86 yaşlı Fatma nənə: Xalqın israrı ilə bələdiyyəyə namizəd olmuşam

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq. Ən yaşlı qadın namizəd isə bir çoxumuzun yaxşı tanıdığı Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli "Əmək" ordeni laureatı Fatma Hüseynovadır.

Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Fatma nənə 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaaratəpə bələdiyyəsi üzrə namizəddir.

Modern.az Fatma Hüseynova ilə həmsöhbət olub.

O bildirib ki, bələdiyyə seçkilərində namizəd olmağına səbəb xalqın israr etməsidir:

“İndidən nə işlər görəcəyimizi demək üçün tezdir. Mən illərlə xalqım, dövlətim üçün çalışmışam. Amma artıq birləşmiş bələdiyyələrlə əvvəlkindən daha böyük bələdiyyə yaradılıb. Buna görə də görüləcək işlər də daha çoxdur. Ona görə də hələ bu bələdiyyədə vəziyyətin necə olacağını deyə bilmərəm. Amma öz kəndimə qalsaydı, xalqıma xidmət yolunda hər şeyi etməyə hazır idim”.

Müsahibimiz bildirib ki, namizəd olduğu bələdiyyə üzrə digər namizədlərin əksəriyyəti gənclərdir:

“Onlarla tez-tez görüşlər keçiririk. Onlara xalqıma olan xidmətlərimdən, gördüyüm işlərdən danışıram. Xalqla necə işləməyi, əldə edilən vəsaiti xalq yolunda necə işlətməyi, hansı işlərin görülməsinin vacib olduğunu, imkansız ailələrə yardım edilməsinin vacibliyini onlara başa salıram. Gənc vaxtımdan gördüyüm işlər üçün indi də dövlət məndən əl çəkmir. Onlara da bunu məsləhət görürəm. Məsləhət görürəm ki, xalqımıza, dövlətimizə, rəhbərimizə layiqincə xidmət etsinlər”.

Qeyd edək ki, Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.

17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşüb.

2017-ci ildə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri