91 yaşlı Kərkicahan sakini: Övladlarım, nəvə nəticələrimlə doğma yurda qayıtmışam

30.01.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“1935-ci ildə Kərkicahanda doğulmuşam. Övladlarım da bu torpaqlarda böyüyüb. Müharibə, köçkünlük illərində çox əziyyətlər çəkmişik. Köçkünlükdə ağır şəraitdə yaşayırdıq. İndi şükürlər olsun ki, doğma yurduma qayıtdım”.

Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Kərkicahan qəsəbəsinə qayıdan 91 yaşlı Ağgül Həşimova deyib.

A.Həşimova doğma yurda qayıtdığına görə çox sevindiyini, özünü xoşbəxt hiss etdiyini deyib: "Övladlarım, nəvə-nəticələrimlə qayıdıram. Çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşən oğullara can sağlığı versin. Bu sevinci bizə yaşadan Prezidentimiz həmişə var olsun. Mən ona öz minnətdarlığımı bildirirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью