91 yaşlı Kərkicahan sakini: Övladlarım, nəvə nəticələrimlə doğma yurda qayıtmışam
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“1935-ci ildə Kərkicahanda doğulmuşam. Övladlarım da bu torpaqlarda böyüyüb. Müharibə, köçkünlük illərində çox əziyyətlər çəkmişik. Köçkünlükdə ağır şəraitdə yaşayırdıq. İndi şükürlər olsun ki, doğma yurduma qayıtdım”.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Kərkicahan qəsəbəsinə qayıdan 91 yaşlı Ağgül Həşimova deyib.
A.Həşimova doğma yurda qayıtdığına görə çox sevindiyini, özünü xoşbəxt hiss etdiyini deyib: "Övladlarım, nəvə-nəticələrimlə qayıdıram. Çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Döyüşən oğullara can sağlığı versin. Bu sevinci bizə yaşadan Prezidentimiz həmişə var olsun. Mən ona öz minnətdarlığımı bildirirəm".
Bu mövzuda digər xəbərlər:Kərkicahan sakini: Doğma yurda qovuşmağın sevincini yaşayırıq
04 Yanvar 2026 14:15
“Övladlarım geyimlərimi bəyənmir”
25 Dekabr 2025 20:07
Vəngli sakini: Övladlarım kəndimizə öz ailələri ilə qayıdırlar
08 Sentyabr 2025 15:45
Övladlarım müğənni olmasını istəməzdim
26 Noyabr 2025 21:28
“Kaş ki, övladlarım olaydı...”
12 Yanvar 2026 15:53
Baxış sayı:105
Bu xəbər 30 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















