Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqlim dəyişikliyi Antarktidada buzlaqların əriməsinə səbəb olarkən, son vaxtlar A23a adlı nəhəng aysberqin Cənubi Atlantik okeanında hərəkətə keçməsi elm aləmində narahatlığa səbəb olmuşdu.
40 il ərzində sabit qalan bu aysberq nəhayət dünən quruya çırpılıb. Bəs haraya çırpılıb və bu vəziyyət hansı təhlükələri özündə cəmləşdirir?
Qaynarinfo mütəxəssislərin fikirlərini və son vəziyyətlə bağlı məlumatları təqdim edir.
İqlim dəyişikliyi dünya üzrə təbii ekosistemlərə dərin təsir göstərən amillərdən biri hesab edilir.
İnsan fəaliyyəti, fosil yanacaqların istifadəsi və istixana qazlarının emissiyası qlobal temperaturun artmasına və qütb buzlaqlarının əriməsinə gətirib çıxarır.
Bu proses dəniz səviyyəsinin qalxması, okean axınlarının dəyişməsi və bioloji müxtəlifliyin təhlükə altına düşməsi kimi nəticələr doğurur.
Xüsusilə Antarktida və Qrenlandiya bölgələrində baş verən buzlaq ərimələri, iri aysberqlərin qoparaq okeanlara qarışmasına səbəb olub və bu proses davam edir.