Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

A23a dan qorxulu xəbər gəldi: Haraya çırpıldı və indi nə olacaq?

A23a dan qorxulu xəbər gəldi: Haraya çırpıldı və indi nə olacaq?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İqlim dəyişikliyi Antarktidada buzlaqların əriməsinə səbəb olarkən, son vaxtlar A23a adlı nəhəng aysberqin Cənubi Atlantik okeanında hərəkətə keçməsi elm aləmində narahatlığa səbəb olmuşdu. 40 il ərzində sabit qalan bu aysberq nəhayət dünən quruya çırpılıb. Bəs haraya çırpılıb və bu vəziyyət hansı təhlükələri özündə cəmləşdirir? 

Qaynarinfo mütəxəssislərin fikirlərini və son vəziyyətlə bağlı məlumatları təqdim edir.

İqlim dəyişikliyi dünya üzrə təbii ekosistemlərə dərin təsir göstərən amillərdən biri hesab edilir. İnsan fəaliyyəti, fosil yanacaqların istifadəsi və istixana qazlarının emissiyası qlobal temperaturun artmasına və qütb buzlaqlarının əriməsinə gətirib çıxarır.

Bu proses dəniz səviyyəsinin qalxması, okean axınlarının dəyişməsi və bioloji müxtəlifliyin təhlükə altına düşməsi kimi nəticələr doğurur. Xüsusilə Antarktida və Qrenlandiya bölgələrində baş verən buzlaq ərimələri, iri aysberqlərin qoparaq okeanlara qarışmasına səbəb olub və bu proses davam edir.

Son dövrlərdə A23a adlı nəhəng aysberqin Cənubi Atlantik okeanında hərəkət etməsi elm ictimaiyyəti və ekoloqlar arasında ciddi narahatlıq yaratmışdı. Dünən isə A23a quruya çırpılıb.

Kütləsi və sahəsi təəccübləndirir

A23a aysberqi 1986-cı ildə Antarktidanın "Filchner" buz şelfindən qopub. "Exeter" Universitetindən qütb tədqiqatçısı Martin Ziqartın sözlərinə görə, bu buzdağının uzunluğu onlarla kilometr, dərinliyi isə bir neçə yüz metrdir.

A23a 1.400 kvadrat mil (təxminən 3.632 kvadrat kilometr) sahəni əhatə edir ki, bu da demək olar Nyu York, Los Anceles və Hyuston şəhərlərini dolduracaq qədər böyükdür.

Bu nəhəng ölçülərinə görə A23a kontinental şelf ətrafında dəniz dibinə sıxılmış vəziyyətdə qalmışdı. 1962-ci ildə yaradılan və Antarktida ilə ətrafdakı okeanlarda elmi tədqiqatlar aparan "British Antarctic Survey" təşkilatının elmi rəhbəri Endryu Meyers bildirib ki, bu aysberq 2020-ci ilə qədər sabit qalıb, əridikcə kiçik hissələri suya düşüb və nəhayət dərin okeana keçib. 2024-cü ilin aprelində yenidən hərəkətə başlayaraq sonda quruya çırpılıb.

Cənubi Amerikadan Antarktida yarımadasına qədər uzanan "Scotia Ridge" adalarının ortasında yerləşən "Cənubi Corciya" adası sahillərində quruya oturan A23a burada yaşayan pinqvinlər və tülkülər kimi yerli fauna üçün narahatlıq yaradıb.

Çünki A23a-nın hərəkəti dəniz canlıları üçün təhlükə yarada biləcək ssenarini gündəmə gətirmişdi. Lakin aysberqin hazırda quruya oturması bu narahatlıqları azaldıb. Hətta buzdağının mövcud vəziyyəti ekosistem üçün müəyyən faydalar da verə bilər.

"British Antarctic Survey" qurumunun okean tədqiqatçısı Endryu Meyers bildirib ki, A23a-nın quruya oturmasının yerli fauna üçün ciddi təhlükə yaradacağı ehtimalı azdır. Meyers deyib: "Əgər aysberq burada qalarsa, Cənubi Corciyadakı yerli fauna üzərində mühüm təsir gözləmirik".

Bundan əlavə, buzdağının əriməsi nəticəsində yaranacaq qida maddələrinin pinqvinlər və tülkülər daxil olmaqla bütün yerli ekosistem üçün qida mövcudluğunu artıra biləcəyi qeyd edilib.

Parçalanma riski hələ də qalır! Bu, böyük problemlərə yol aça bilər

Digər tərəfdən, "A23a"nın parçalanma riski hələ də mövcuddur. Meyers son illərdə oxşar ölçülü buzdağlarının qısa müddətdə parçalanaraq əridiyini bildirərək deyib: "Böyük buzdağlarının şimala doğru irəliləməsi, lakin qısa zamanda əriməsi daha əvvəl də müşahidə edilib".

"A23a" bu prosesdə hissələrə ayrılarsa, dəniz nəqliyyatı üçün təhlükə yarada bilər, çünki daha kiçik buz parçaları balıqçılıq və yükdaşıma əməliyyatları üçün risk təşkil edir.

Antarktidadakı buz təbəqələri 30 il öncəyə nisbətən altı dəfə daha sürətli əriməyə başlayıb

Qrenlandiya və Antarktidadakı buz təbəqələri son 30 illə müqayisədə altı dəfə daha sürətli ərimə tempi nümayiş etdirir. Lakin bu proses adətən daha kiçik parçalar şəklində baş verir. Antarktidanın həssas ekosistemində dəyişiklik üçün çox böyük təsirlər lazım deyil və bu da elm adamları arasında narahatlıq yaradır.

Əriyən Antarktida buz təbəqələrinin qlobal təsirləri də mövcuddur. "Cənub okeanı" həm istiliyi, həm də karbonu udaraq iqlimi tənzimləməyə kömək edir, lakin istiləşən sular bu balansı çətinləşdirir və nəticədə dəniz səviyyəsinin qalxmasına səbəb olur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri