Abbasov: “Döyüşkən kollektiv olacağımıza inanıram”

29.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Kəpəz”in yeni transferi Urfan Abbasov açıqlama verib.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan müdafiəçi hazırlığı dəyərləndirib:

“Hazırlıq prosesi yaxşı keçir. İyulun 6-dan toplanış başlayıb. Fiziki və texniki məşqlərlə işimizə davam edirik. Zədəli olduğum üçün iki yoxlama oyununda iştirak edə bilmədim. Ümumi götürsək, toplanış çox yaxşı davam edir”.

Komandaya uyğunlaşma prosesində olduğunu deyən Abbasov hədəflərdən söz açıb, azarkeşlərə səslənib:

“Uyğunlaşmağa çalışıram. Həm yerli, həm legionerlərlə münasibətlər normaldır. Döyüşkən kollektiv olacağımıza inanıram. Qarşıda daha iki sınaq matçımız var.

Azarkeşlərə onu demək istəyirəm ki, “Kəpəz” böyük camiədir. Bizə dəstək olsunlar, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью