Abbasov: “Döyüşkən kollektiv olacağımıza inanıram”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Kəpəz”in yeni transferi Urfan Abbasov açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubun saytına danışan müdafiəçi hazırlığı dəyərləndirib:
“Hazırlıq prosesi yaxşı keçir. İyulun 6-dan toplanış başlayıb. Fiziki və texniki məşqlərlə işimizə davam edirik. Zədəli olduğum üçün iki yoxlama oyununda iştirak edə bilmədim. Ümumi götürsək, toplanış çox yaxşı davam edir”.
Komandaya uyğunlaşma prosesində olduğunu deyən Abbasov hədəflərdən söz açıb, azarkeşlərə səslənib:
“Uyğunlaşmağa çalışıram. Həm yerli, həm legionerlərlə münasibətlər normaldır. Döyüşkən kollektiv olacağımıza inanıram. Qarşıda daha iki sınaq matçımız var.
Azarkeşlərə onu demək istəyirəm ki, “Kəpəz” böyük camiədir. Bizə dəstək olsunlar, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 29 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















