ABF nin prezidenti: Avropa çempionatında ikinci olmaq Azərbaycan üçün böyük nailiyyətdir |…
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. "Avropa çempionatında ikinci olmaq Azərbaycan bilyardı üçün böyük hadisədir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının (ABF) prezidenti Seymur Məmmədov Avropa çempionatında gümüş medal qazanması ilə bağlı danışarkən deyib.
O, Gürcüstanın Batumi şəhərində keçirilən yarışla bağlı təəssüratlarını bölüşüb: "Turnirdə iştirakçı sayı çox idi.
Təsəvvür edin, 16 ölkədən 115 bilyardçı qələbə uğrunda mübarizə aparırdı. Üstəlik, vaxt da məhdud idi.
Belə vəziyyətdə ikinci yeri tutmaq Azərbaycan bilyardı üçün böyük nailiyyətdir. Düzdür, qızıl medal da qazanmaq olardı.
Lakin təəssüf ki, baş tutmadı". ABF rəhbəri Azərbaycan bilyardı üçün yeni planlarının olduğunu söyləyib: "Bəzi planlarımız var.
Artıq Azərbaycanda akademiyalar açılmaqdadır. İstəyirik ki, bilyardda yeni, gənc və perspektivli oyunçular üzə çıxsınlar.
Bizə artıq yeni nəfəs, yeni qan lazımdır. Belə olarsa, beynəlxalq yarışlarda daha çox təmsilçimiz yer alar".
Tam oxu
Xəbəri oxu