ABF nin prezidenti: Avropa çempionatında ikinci olmaq Azərbaycan üçün böyük nailiyyətdir
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Avropa çempionatında ikinci olmaq Azərbaycan bilyardı üçün böyük hadisədir".
Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının (ABF) prezidenti Seymur Məmmədov Avropa çempionatında gümüş medal qazanması ilə bağlı danışarkən deyib.
O, Gürcüstanın Batumi şəhərində keçirilən yarışla bağlı təəssüratlarını bölüşüb: "Turnirdə iştirakçı sayı çox idi. Təsəvvür edin, 16 ölkədən 115 bilyardçı qələbə uğrunda mübarizə aparırdı. Üstəlik, vaxt da məhdud idi. Belə vəziyyətdə ikinci yeri tutmaq Azərbaycan bilyardı üçün böyük nailiyyətdir. Düzdür, qızıl medal da qazanmaq olardı. Lakin təəssüf ki, baş tutmadı".
ABF rəhbəri Azərbaycan bilyardı üçün yeni planlarının olduğunu söyləyib: "Bəzi planlarımız var. Artıq Azərbaycanda akademiyalar açılmaqdadır. İstəyirik ki, bilyardda yeni, gənc və perspektivli oyunçular üzə çıxsınlar. Bizə artıq yeni nəfəs, yeni qan lazımdır. Belə olarsa, beynəlxalq yarışlarda daha çox təmsilçimiz yer alar".
Məmmədov Bakıda dünya çempionatı təşkil etmək istədiklərini bildirib: "Planlarımız böyükdür. İstəyirik ki, Bakıda bilyard üzrə dünya çempionatı təşkil edək. Amma bəzi məqamlar var ki, onların üzərində işləyirik. Daim bu istiqamətdə işlər görürük".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 22 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















