ABŞ 500 ədəd “PAC 3” raketinin Ukraynaya satışını təsdiqləyib

30.10.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ “Patriot PAC-3” zenit-raket kompleksləri üçün 500 raket və müvafiq avadanlıqların 2,1 milyard dollara Ukraynaya satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilib ki, satınalma Kanada, Almaniya və Norveçin ayırdığı vəsait, eləcə də Avropa İttifaqının krediti hesabına tam maliyyələşdiriləcək. Sazişdə ABŞ vəsaitlərindən istifadə olunmayacaq.

Raketləri Ukraynaya “Lockheed Martin” şirkəti tədarük edəcək. ABŞ administrasiyası qərar barədə Konqresi məlumatlandırıb.

Qeyd edək ki, Konqresin sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью