ABŞ 500 ədəd “PAC 3” raketinin Ukraynaya satışını təsdiqləyib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ “Patriot PAC-3” zenit-raket kompleksləri üçün 500 raket və müvafiq avadanlıqların 2,1 milyard dollara Ukraynaya satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda bildirilib ki, satınalma Kanada, Almaniya və Norveçin ayırdığı vəsait, eləcə də Avropa İttifaqının krediti hesabına tam maliyyələşdiriləcək. Sazişdə ABŞ vəsaitlərindən istifadə olunmayacaq.
Raketləri Ukraynaya “Lockheed Martin” şirkəti tədarük edəcək. ABŞ administrasiyası qərar barədə Konqresi məlumatlandırıb.
Qeyd edək ki, Konqresin sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.
Bu mövzuda digər xəbərlər:Rutte: ABŞ ın PAC 3 raketlərinin Ukraynaya tədarükü davam edir
03 İyun 2026 20:59
ABŞ Ukraynaya JDAM tipli bombaların satışını təsdiqləyib
06 May 2026 00:51
ABŞ Dövlət Departamenti Ukraynaya haubitsa avadanlığının satışını təsdiqləyib
06 Avqust 2025 16:01
ABŞ Ukraynaya 322 milyon dollarlıq silah satışını təsdiqləyib
24 İyul 2025 11:31
ABŞ Ukraynaya təxminən 825 milyon dollarlıq silah satışını təsdiqləyib
29 Avqust 2025 09:52
Baxış sayı:93
Bu xəbər 30 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















