Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ yaxın vaxtlarda Rusiya ilə həmsərhəd olan Avropa ölkələrinə hərbi yardımı dayandıracaq.
Reyting.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.
Məlumata görə, ABŞ Avropanın şərqində yerləşən, eləcə də Rusiya ilə münaqişə ehtimalında ön cəbhədə ola biləcək ölkələrdə hərbçilərin hazırlanması və təchiz olunmasına dair proqramı maliyyələşdirməyi dayandırır.
Burada söhbət çox önəmli mövzudan, yəni Pentaqonun bütün dünyada ABŞ-a müttəfiq olan ölkələrin hərbçilərinə təlim keçməklə, onları avadanlıqla təmin edən "333-cü bölmə" adlı hərbi proqramından gedir.
Pentaqonun uzun illik bu proqramı dayandırılacağı təqdirdə, Avropada əsas benefisiarlar Estoniya, Latviya və Litva kimi müttəfiq ölkələr real təhlükə altına düşə bilərlər.
2018-2022-ci illər ərzində ABŞ bu böyük hərbi proqram çərçivəsində Avropadakı tərəfdaşlarına 1,6 milyard dollara yaxın vəsait xərcləyib ki, bu da "333-cü bölmə" üzrə qlobal xərclərin təxminən 29 faizini təşkil edib.
Proqram üçün vəsait Konqres tərəfindən təsdiqlənir və hazırda da bu maliyyələşdirmə 2026-cı ilin sentyabr ayına qədər qüvvədədir.