Icma.az
close
up
RU
ABŞ altı ölkəni böyük təhlükə ilə üz üzə qoyur

ABŞ altı ölkəni böyük təhlükə ilə üz üzə qoyur

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ yaxın vaxtlarda Rusiya ilə həmsərhəd olan Avropa ölkələrinə hərbi yardımı dayandıracaq.
Reyting.az
xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.
Məlumata görə, ABŞ Avropanın şərqində yerləşən, eləcə də Rusiya ilə münaqişə ehtimalında ön cəbhədə ola biləcək ölkələrdə hərbçilərin hazırlanması və təchiz olunmasına dair proqramı maliyyələşdirməyi dayandırır.
Burada söhbət çox önəmli mövzudan, yəni Pentaqonun bütün dünyada ABŞ-a müttəfiq olan ölkələrin hərbçilərinə təlim keçməklə, onları avadanlıqla təmin edən "333-cü bölmə" adlı hərbi proqramından gedir. Pentaqonun uzun illik bu proqramı dayandırılacağı təqdirdə, Avropada əsas benefisiarlar Estoniya, Latviya və Litva kimi müttəfiq ölkələr real təhlükə altına düşə bilərlər.
2018-2022-ci illər ərzində ABŞ bu böyük hərbi proqram çərçivəsində Avropadakı tərəfdaşlarına 1,6 milyard dollara yaxın vəsait xərcləyib ki, bu da "333-cü bölmə" üzrə qlobal xərclərin təxminən 29 faizini təşkil edib. Proqram üçün vəsait Konqres tərəfindən təsdiqlənir və hazırda da bu maliyyələşdirmə 2026-cı ilin sentyabr ayına qədər qüvvədədir. Lakin baş verən hadisələrdən belə görünür ki, artıq Ağ ev yeni vəsaitin ayrılması üçün növbəti dəfə müraciət etmək fikrində deyil.
Bu maliyyələşdirmənin dayandırılması üçün müzakirələr aparılıb və Pentaqon rəsmiləri ötən həftə Avropa diplomatlarına bu barədə mesaj veriblər.
Nəşrin həmsöhbətləri bildirirlər ki, avropalılar qəfil qərardan "sarsılıblar". Avropalı rəsmilər isə indiki gərgin dövrdə belə bir qərarın Avropa təhlükəsizliyinin elementlərinə təsir edib-etməyəcəyini anlamağa çalışırlar.
Prezident Donald Tramp dəfələrlə bəyan edib ki, Avropa ölkələri təhlükəsizlikləri üçün daha çox pul xərcləməli, Vaşinqtona bel bağlamamalıdırlar.
Son aylarda Avropada Rusiya prezidenti Vladimir Putinin yaxın illərdə Baltikyanı ölkələrdən birinə hücum edə biləcəyi və bununla da, ABŞ-nın NATO-nun müdafiə öhdəliklərini savaşda sınaya biləcəyi ilə bağlı narahatlıqlar artır.
Onu da xatırladaq ki, Rusiya Federasiyası Estoniya, Latviya, Litvadan başqa NATO-ya üzv olan üç ölkə - Norveç, Finlandiya və Polşa ilə həmsərhəddir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri