ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi

09.07.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezə qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib. 

“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmilərinə, şirkətlərinə və liderlərinə qarşı qanunsuz və biabırçı addımlar atmaq cəhdlərinə görə sanksiyalar tətbiq edirəm”, - deyə Rubio qeyd edib.

Rubio Albanezenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə özünümüdafiə hüququnda tərəfdaşları dəstəkləyəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью