ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmilərinə, şirkətlərinə və liderlərinə qarşı qanunsuz və biabırçı addımlar atmaq cəhdlərinə görə sanksiyalar tətbiq edirəm”, - deyə Rubio qeyd edib.
Rubio Albanezenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə özünümüdafiə hüququnda tərəfdaşları dəstəkləyəcək.
Baxış sayı:43
Bu xəbər 09 İyul 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















