ABŞ bütün xarici yardımları dayandırmasının səbəbi BƏLLİ OLDU | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılacaq.
SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ödənişlər yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək məqsədilə dayandırılır.
Həmçinin yardımın nəzərdən keçirilməsi və tənzimlənməsinin "mənəvi öhdəlik" olduğu və xərclərin Amerika xalqına fayda verməsi vurğulanıb.
Xatırladaq ki, daha əvvəl USAID Ukraynaya yardımla bağlı bütün layihələri dayandırmaq qərarına gəlib.
Dondurulmuş layihələr arasında sağlamlıq proqramları, uşaq peyvəndləri, eləcə də məktəbə dəstək proqramları var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb.
Tam oxu
Xəbəri oxu