ABŞ bütün xarici yardımları dayandırmasının səbəbi BƏLLİ OLDU
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılacaq. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ödənişlər yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək məqsədilə dayandırılır. Həmçinin yardımın nəzərdən keçirilməsi və tənzimlənməsinin "mənəvi öhdəlik" olduğu və xərclərin Amerika xalqına fayda verməsi vurğulanıb.
Xatırladaq ki, daha əvvəl USAID Ukraynaya yardımla bağlı bütün layihələri dayandırmaq qərarına gəlib. Dondurulmuş layihələr arasında sağlamlıq proqramları, uşaq peyvəndləri, eləcə də məktəbə dəstək proqramları var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb. Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların ödənişləri azaldacağı və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama müddətinin başlandığı qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















