ABŞ Çin razılaşması nefti bahalaşdırdı RƏQƏMLƏR

12.05.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə keçirilən danışıqların nəticəsi  neft bazarına dərhal təsir edib. 

Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçerslərinin qiyməti 2,12 dollar (3,32%) artaraq 66,03 dollar/barelə çatıb. ABŞ-nin NYMEX birjasında isə WTI markalı iyun fyuçersləri 2,2 dollar (3,61%) bahalaşaraq 63,22 dollar/barel səviyyəsinə yüksəlib.

Analitiklərin fikrincə, bu razılaşma dünyanın iki ən böyük neft istehlakçısı arasında ticarət gərginliyinin azaldılması istiqamətində atılan mühüm addımdır. Qeyd edilib ki, son aylarda tarif müharibələri iqtisadi artıma mənfi təsir göstərərək neftə olan tələbin azalacağı narahatlığına səbəb olmuşdu.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью